Elnar Qarayev

aktyor

Personal Info

  • Doğum tarixi: 26.01.1983

Biography

Elnar Cəfər oğlu Qarayev Sumqayıtda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru fakültəsində təhsil alıb (2000-2004, 2004-2006-magistratura). Tələbə vaxtlarından Bakı Bələdiyyə Teatrında aktyor kimi çalışıb. 2005-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. Xatici istehsalçıların “Tacirlər” (2009, deputat rolunda / İran) və “Vəsiyyət ilə nikah” (2009, rejissor Vasili Serikov, mühafizə xidmətinin rəisi rolunda / Rusiya) filmlərində çəkilib. I Ümumrespublika bədii qiraət müsabiqəsinin diplomantı adını qazanıb (2006). Əməkdar aritstdir (2019).

 

 

x