Elnarə Nağdəliyeva

aktrisa

Personal Info

  • Doğum tarixi: 22.02.1974

Biography

Elnarə Cəbrayıl qızı Nağdəliyeva (Elnarə Yusifova) Bakıda anadan olub. Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru fakültəsində təhsil alıb (1991-1996). 1996-cı ildə təyinatla Azərbaycan Dövlət Musiqili Komediya Teatrına xor artisti vəzifəsinə qəbul olunub. 2002-ci ildə solist-vokalist vəzifəsinə təyin edilib. 1995-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında fəaliyyət göstərir. Azərbaycan Teatr Xadimləri İttifaqının “Dədəm-Qorqud” bədii qiraət müsabiqəsində I mükafata layiq görülüb (1999).

 

 

 

x