Elmira Rəhimova

musiqi ifaçısı

Personal Info

  • Doğum tarixi: 13.08.1941

Biography

Elmira Allahverdi qızı Rəhimova Bakıda anadan olub. Azərbaycan Dövlət Musiqi Texnikumunda (1965), Azərbaycan Dövlət Dillər İnstitutunda (1970) təhsil alıb. 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. 50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınıb, Hindistanın Baş naziri C.Nehrunun dəvəti ilə iki dəfə (1957-1959, 1961) Hindistanda olub, hind mahnı və rəqslərini öyrənib. Bir müddət Hindistanda yaşayıb. Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa edib. Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib. Xalq artistidir (2000).

 

x