Elman Rəfiyev

aktyor

Personal Info

  • Doğum tarixi: 19.01.1971

Biography

Elman Məmmədrza oğlu Rəfiyev Sumqayıtda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsində (1988-1992), Gürcüstanda Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunda (1998) təhsil alıb. Azərbaycan Dövlət Gənclər Teatrında (1992-1993), Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi “Dəli yığıncağı” Pantomim Teatr-studiyasında (1994-2000) aktyor kimi fəaliyyət göstərib. Pantomim Teatrında hazırlanan bütün tamaşaların və Kukla Teatrında “Kral” tamaşasının musiqi tərtibatçısıdır. Klounada janrında da fəaliyyət göstərib, səhnə təxəllüsü Kloun Ninidir. 2006–cı ildə Xəzər Universitetində Üzeyir Hacıbəyovun “Arşın mal alan” (ingilis dilində) operettasına, daha sonra isə Fikrət Əmirovun “Sevil” operasına quruluş verib. 2000-ci ildən Dövlət Pantomim Teatrında direktor müavini, 2009-cu ildən isə direktor vəzifəsindədir.

Rusiya istehsalı olan “Maqomayev” (2019, rejissorlar Dmitri Turin, Roman Prıqunov) serialında Kamal rolunda çəkilib.

Əməkdar artistdir (2012).

 

x