Elman Əsədullayev

prodüser

Personal Info

  • Doğum tarixi: 08.10.1953
  • Vəfat tarixi: 26.04.2017

Biography

Elman Höcət oğlu Əsədullayev (Elman Höcətoğlu) Bakıda anadan olub. Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində təhsil alıb (1979). 1981-ci ildə Azərbaycan Dövlət Qastrol-Konsert Birliyində inzibatçı vəzifəsində əmək fəaliyyətinə başlayıb. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsert şöbəsinin müdiri vəzifəsində çalışıb (1987-1992). 1992-ci ildə “Qala-film” kino şirkətini təsis edib. Rusiya istehsalı olan “Qraf Krestofski” (2004, rejissor Ramiz Fətəliyev) və “Sui-qəsd” (2004, rejissor Vadim Ostrovski) seriallarında icraçı prodüser kimi çalışıb. Elman Əsədullayev 2017-ci ildə vəfat edib.

Prodüser Elman Əsədullayev prodüser Vaqif Əsədullayevin qardaşıdır.

 

x