Elməddin Cəfərov

prodüser, aktyor

Personal Info

  • Doğum tarixi: 01.01.1981

Biography

Elməddin Misir oğlu Cəfərov Göyçə mahalının Zod kəndində anadan olub. 1988-ci ildə ailəsi Qərbi Azərbaycandan Gəncəyə köçüb. Gəncə Dövlət Universitetinin Tarix fakültəsinin Filologiya ixtisasında təhsil alıb. Məktəb vaxtlarından “KVN”-də iştirak edib. Universitetdə ilk dəfə olaraq “KVN” komandası təşkil edib. 2001-ci ildə gənclər arasında ilin ən yaxşı aktyoru seçilib. Space TV-də yayımlanan “Tək səbir” verilişində 3 il çıxış edib. Sonra “Cüt səbir”, Lider TV-də “Əhsən olsun”, ATV-də “Arı şou”, “Qısaqapanma” verilişlərini açıb. Hazırda “Arı Production”ın rəhbəridir. Filmlər və seriallar istehsal edir.

 

 

 

 

x