Elməddin Alıyev

rejissor

Personal Info

  • Doğum tarixi: 10.06.1984

Biography

Elməddin Aftandil oğlu Alıyev Laçında anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində (2001-2005), Rüstəm İbrahimbəyovun “Beynəlxalq Kino Məktəbi”ndə (2007-2010) təhsil alıb. UNICEF-in təşkil etdiyi “Gənclik və Sülh” qısametrajlı filmlər layihəsində 10 ən yaxşı qısametrajlı bədii filmdən birinin müəllifi olub (2002). Rejissor kimi beynəlxalq kinofestivalların iştirakçısı və qalibi olub. “Gənclər günü” münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən kino sahəsində fərqləndiyinə görə diplomla təltif edilib (2008). Space TV-də və İTV-də rejissor kimi çalışıb. “Exa production”ın həmtəsisçisi və rəhbərlərindən biridir.

 

x