Elgün Həmidov

aktyor

Personal Info

  • Doğum tarixi: 02.01.1983

Biography

Elgün Rafik oğlu Həmidov Xaçmaz rayonunun Yergüc kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissor sənəti fakültəsində Estrada rejissoru ixtisası üzrə təhsil alıb (2009-2013, Vidadi Həsənovun kursu). Azərbaycan Dövlət Yuğ Teatrının “Gənc mütəxəssislərin yetişdirilməsi” kursunda ilk sənət təcrübəsi əldə edib (2010-2011). Pərviz Məmmədrzayevin rəhbərliyi ilə “SİMSAR” Plastik Dram Teatrında fəaliyyət göstərib (2011-2014), eyni zamanda orada Qurban Məsimovun “Klounada janrı” ustad dərslərində (2012-2013) iştirak edib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı nəzdində yaradılmış “Az-ART” studiyasında və teatrın bir neçə tamaşasında müqavilə əsasında aktyor kimi fəaliyyət göstərib (2013-2015). 2013-cü ildən Yuğ, 2016-cı ildən “M-Teatr”, 2017-ci ildən “Human” və “ADO” müstəqil teatrlarının, 2018-ci ildən Azərbaycan Dövlət Kukla Teatrının aktyorudur.

2012-ci il də “QHT-GYF” bədii qiraət yarışmasında birinci; 2014-cü ildə isə Azad Azərbaycan TV-dəki bədii qiraət müsabiqəsində ikinci yerlərə layiq görülüb. Rejissor kimi bir neçə tamaşaya, həmçinin müəllifi olduğu və aktyor kimi iştirak etdiyi “Qara qutu” tamaşalarına quruluş verib.

 

x