Eldar Mansurov

bəstəkar

Personal Info

  • Doğum tarixi: 28.02.1952

Biography

Eldar Bəhram oğlu Mansurov Bakıda anadan olub. Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində (1968-1972), Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində (1974-1979, Cövdət Hacıyevin sinfi) təhsil alıb. Əsərləri arasında “Sevgilimin anası” müzikli (1990), “Mahur-hindi” simfonik muğamı (1991), 4 saylı simfoniya (1991), kamera orkestri üçün “Freskalar” (1991), skripka və simfonik orkestr üçün “Adajio” (1991), simfonik orkestr üçün “Passakalya” (1991), 5 saylı simfoniya (1992), piano üçün “Miniatürlər” (1996), “Yeddi gözəl” rok-operası, “Kleopatra” və “Olimp” rok-baletləri, teatr tamaşalarına musiqi – “Çələbi xan” (1990), “Dişi canavar” (1991), “Mənim ağ şəhərim” (1991), “Məşuqələr” (1992), “Pul dəlisi” (1992), “Nəğməli, təbəssümli səyahət” (1992), “Ah, qadınlar” (1992), “Evlənmək istəyirəm” (1993), “Aktyor” (1994), “Kələkbaz qızlar” (1994) var. 3000-dən artıq mahnının müəllifidir. Respublika İncəsənət Gimnaziyasında və İstanbulda pedaqoji fəaliyyətlə məşğul olub. BMTİ və Lider televiziyalarında musiqi redaktoru kimi çalışıb. Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub (2007-2012). Əməkdar incəsənət xadimi (2005), Xalq artistidir (2012).

Eldar Mansurovun fərdi saytı: http://eldarmansurov.com/

Bəstəkar Eldar Mansurov tarzən Bəhram Mansurovun oğludur.

Bəstəkar Eldar Mansurov operator Aydın Mansurovun qardaşıdır.

 

x