Eldar İskəndərzadə

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 05.10.1964

Biography

Eldar Xeyrulla oğlu İskəndərzadə Lerikin Rvarud kəndində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fətqlənmə diplomu ilə və həmin ali təhsil ocağının nəzdində fəaliyyət göstərən İctimai Peşə Fakültəsinin Jurnalistika şöbəsini bitirib. 1987-ci ildən şeirləri ilə mətbuatda çıxış edir. “O gözlərin sirri” (1995), “Mənəm, sənsən, bir də o” (2011) adlı şeir kitabları çapdan çıxıb. “Qalxın, məhkəmə gəlir” adlı iki hissəli pyesi N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulub (1996). Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində baş redaktor müavini (1997-2001), ATV və CBC TV-də “Televiziya Filmləri Studiyası”nın baş redaktoru olub (2013-2015). 2016-cı ildən İTV-də çalışır. “Qızıl qələm” mükafatına (2001), “Həsən bəy Zərdabi” diplomuna (2012) layiq görülüb.

 

x