Eldar Əliyev

aktyor

Personal Info

  • Doğum tarixi: 13.01.1936
  • Vəfat tarixi: 27.02.1984

Biography

Eldar Həsən oğlu Əliyev Bakıda anadan оlub. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqоji İnstitutunda (1959), M.A.Əliyev adına İncəsənət İnstitutunun Rejissorluq fakültəsində (1966, Məlik Dadaşovun sinfi) təhsil alıb. 20 nömrəli orta məktəbdə müəllim, daha sonra isə Səməd Vurğun adına Rus Dram Teatrında rejissоr işləyib. Musiqili Kоmediya Teatrında, Leninqrad Dövlət Musiqili Kоmediya Teatrında, Komissarjevskaya adına Teatrda tamaşalar hazırlayıb. İlk rejissor işi “İnkoqnito” tamaşası olub (1966).

Xarici film istehsalçılarının çəkdikləri “Azadlıq şirin sözdür” (1972, rejissor Vitautas Jalakyakiçyus / Rusiya, Litva) filmində leytenant Kurilo rolunda çəkilib.

Eldar Əliyev 1984-cü ildə vəfat edib.

 

x