Eldəniz Zeynalov

aktyor

Personal Info

  • Doğum tarixi: 01.01.1937
  • Vəfat tarixi: 05.11.2002

Biography

Eldəniz Məmməd oğlu Zeynalov Bakıda anadan olub. Adını qonşuları Səməd Vurğun qoyub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyyəsi ilə Azərbaycan Dövlət Dram Tеatrında uşaq rоllarında çıхış еdib. İlk dəfə 13 yaşında ikən “Sevil” (Cəfər Cabbarlı) tamaşasında Gündüz rolunu oynayıb. Teatr İnstitutunda aktyorluq təhsili alıb (1956-1962). Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb. Sоnralar tеatr və kinоda, tеlеviziya və radiо tamaşalarında, “Mоzalan”ın satirik kinojurnalının bir çох süjеtlərində оbrazlar yaradıb.

Xarici film istehsalçılarının “Təyyarələr enmədi” (1963, rejissor Zahid Sabitov / Özbəkistan), “Dulsineya Tobosskaya” (1980, rejissor Svetlana Drujinina / Rusiya) filmlərində çəkilib.

“Hümay” mükafatı laureatı (1999), Əməkdar artist (1974), Xalq artisti Eldəniz Zeynalov 2002-ci ildə vəfat edib.

Aktyor Eldəniz Zeynalov televiziya rejissoru Tofiq Zeynalovun qardaşıdır.

Aktyor Eldəniz Zeynalov aktyor Məmməd Zeynalovun atasıdır.

 

x