Elçin Musaoğlu

rejissor

Personal Info

  • Doğum tarixi: 11.07.1966

Biography

Elçin Musaoğlu (Elçin Quliyev Musa oğlu) Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində (1983-1990), Moskva Teatr İnstitutunda (1989-1990, Mark Zaxarovun kursu) təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında (1990), Akademstudioda (1992), “Azərbaycantelefilm”də (1994-2004), Ritm Prodakşnda (2005-2008) çalışıb. “Sinema Evi” Prodüser Mərkəzinin təsisçisidir. Gənclər və İdman Nazirliyinin “ilin ən yaxşı kinorejissoru” (1999) mükafatı ilə təltif edilib.

 

Filmləri beynəlxalq festivallarda iştirak edərək müxtəlif mükafatlara layiq görülüb.

 

“Şüşə oyuncaqlar” filmi:

II Əl Cəzirə Beynəlxalq Televiziya Filmləri Festivalı – Qızıl mükafat (2006, Qətər)

 

“40-cı qapı” filmi:

Filmin layihəsi İsveçrənin FOKAL şirkətinin AVANTİ proqramının qalibi olub, 50 min ABŞ dolları həcmində mükafat (2004)

42nd The Houston International Film Festival – Gold Remi Award Foreign (2009, ABŞ)

11-ci “Şərq-Qərb”  Bakı Beynəlxalq Kino Festivalı – “Ən parlaq debüt” mükafatı (2009, Bakı)

XIV International TV Festival Bar Montenegro – “Gümüş zeytun budağı” (2009, Monteneqro)

XIV International TV Festival Bar Montenegro – “Ən yaxşı rejissor işi” (2009, Monteneqro)

XIV International TV Festival Bar Montenegro – “Ən yaxşı operator işi” (2009, Monteneqro)

19th Cottbus International Film Festival – Prize of the Ecumenical Jury with a Special Mention (2009, Kottbus / Almaniya)

19th Cottbus International Film Festival – The International Film Guide Inspiration Award (2009, Kottbus / Almaniya)

Tiburon International Film Festival – Federico Fellini Award (2010, ABŞ)

The 6th Eurasia International Film Festival Almaty – Juri NETPAC Award (2010, Almatı / Qazaxıstan)

New York Eurasian Film Festival – “Ən yaxşı ssenari” mükafatı (2010, ABŞ)

 

“Nabat” filmi:

Mannheim-Heidelberg International Filmfestival – Prize by the Ecumenical Jury (2015, Almaniya)

Mannheim-Heidelberg International Filmfestival – International Film Critics’ Prize (2015, Almaniya)

Mannheim-Heidelberg International Filmfestival – Mannheim-Heidelberg Award (2015, Almaniya)

Pune International Film Festival – Special Mention Award (2015, Hindistan)

Fajr International Film Festival – “East Panorama” müsabiqə proqramında “Ən yaxşı rejissor” mükafatı (2015, İran)

Tripoli Film Festival – “Ən yaxşı film” (2015, Tripoli / Livan)

Eurasia International Film Festival – Ən yaxşı rejissor işi (2015, Almatı / Qazaxıstan)

Eurasia International Film Festival – Ən yaxşı aktrisa (2015, Almatı / Qazaxıstan)

LET’S CEE Film Festival – “Ən yaxşı aktrisa” (2015, Vyana / Avstriya)

Bosphorus Film Festival – “Ən yaxşı aktrisa” (2015, İstanbul / Türkiyə)

Humay Milli Mükafatı (2015, Bakı)

Zirvə mükafatı (2015, Bakı)

I Qızıl Pəri Mükafatları – ən yaxşı bədii film (2015, Bakı)

I Qızıl Pəri Mükafatları – ən yaxşı prodüser (2015, Bakı)

 

Türkiyə istehsalı olan “Türkiyə mənim də vətənimdir” (2018) tammetrajlı sənədli filmini çəkib.

Hazırda Azərbaycan televiziyasının “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin rəhbəridir.

.

 

x