Elçin Hami Axundov

rejissor, rəssam

Personal Info

  • Doğum tarixi: 07.02.1948

Biography

Elçin Hami Əbdul oğlu Axundov (Elçin Axundov  / Elçin Hami) Bakıda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1968), Lvov Poliqrafiya İnstitutunda (1978) təhsil alıb. 1966-cı ildən quruluşçu rəssam, animator rəssam, rejissor kimi kino sahəsində çalışır. Kiçik yaşlı uşaqlar üçün “Sənin ilk kitabın” silsiləsindən olan “Qarış-qarış öyrən və çalış”, “Ekoloji əlifba”, “Əlifba 1” və “Əlifba 2”, həmçinin Üzeyir Hacıbəyovun 90 illiyinə həsr olunmuş kitabın tərtibatını verib. Bir müddət “Azanfilm” animasiya filmləri studiyasının bədii rəhbəri (1994-2012), direktoru (2000-2012) olub. Bir çox animasiya filmləörinin rəssamı və rejissorudur. Əməkdar mədəniyyət işçisi (2000), “Qızıl çıraq” və “Naməlum kino” festivallarının qalibidir.

 

x