Dinarə Gərəkməzli

redaktor

Personal Info

  • Doğum tarixi: 14.04.1948

Biography

Dinarə İsa qızı Gərəkməzli Gürcüstanın Marneuli rayonunda anadan olub. 1963-cü ildə ailəliklə Bakıya köçüblər. M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunun Poeziya fakültəsində təhsil alıb (1969-1974). Aparatçı, tabelçi və “Azərkitab”ın kitab bazasında fəhlə (1966-1969), məzun olduqdan sonra “Molodyoj Azerbaydjana” qəzeti redaksiyasında müxbir (1974-1977) işləyib. 1977-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışmağa başlayıb. Bədii yaradıcılığa 1967-ci ildən başlayıb. Şeirləri, tərcümə və oçerkləri dövri mətbuatda, almanaxlarda çap edilib. “Salam” (1978), “Quşlar oyananda” (1987), “Əncirin dadı” (2005) adlı kitabların, sənədli, televiziya və cizgi filmlərinin ssenari müəllifidir. Əməkdar mədəniyyət işçisidir (2009).

 

x