Dadaş Kazımov

aktyor

Personal Info

  • Doğum tarixi: 25.11.1923
  • Vəfat tarixi: 06.08.1992

Biography

Dadaş Nadir oğlu Kazımov Bakıda anadan olub. Orta təhsilini tamamladıqdan sonra həvəskar olaraq çəkilişlərdə iştirak edib. Müxtəlif dövrlərdə kinostudiyada çəkilişlərə dəvət alaraq epizodik rolları canlandırıb. 1960-cı illərdən ömrünün sonuna qədər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru olub. Dadaş Kazımov 1992-ci ildə vəfat edib.

 

x