Dəniz Tacəddin

aktrisa

Personal Info

  • Doğum tarixi: 20.02.1994

Biography

Dəniz Tacəddin Bakıda anadan olub. Bakı Musiqi Akademiyasında skripka üzrə təhsil alıb (2015). Bir müddət Azərbaycan televiziyasında aparıcı olaraq çalışıb. Hazırda İTV-nin aparıcısıdır.

Xarici film istehsalçılarının “Əli və Nino” (2015, rejissor Asif Kapadia / Böyük Britaniya) filmində Ninonun rəfiqəsi, “Mətbəx. Sonuncu döyüş” (2017, rejissor Anton Fedotov / Rusiya) filmində Roza rolunda çəkilib.

Aktrisa Dəniz Tacəddin rejissor Şahirə Tacəddinin qızıdır.

 

x