Cümşüd Zeynalov

aktyor

Personal Info

  • Doğum tarixi: 02.10.1982

Biography

Cümşüd Zeynalov Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. Hüseyn Arif adına musiqi məktəbinin qarmon sinfində (1994-1999), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və teatr aktyorluğu fakültəsində (2003-2007) təhsil alıb. Bakı Bələdiyyə Teatrında (2007-2008), Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərkibində Vahid Satira Teatrında (2012-2014) çalışıb. 2012-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır.

Xarici film istehsalçılarının “Tacirlər” (2009 / İran“) serialında polis rolunda, “Əli və Nino” (2015, rejissor Asif Kapadia / Böyük Britaniya) filmində Yəhyaqulu rolunda çəkilib. “Cırtdan Meqa Şou”sunda div rolunda iştirak edib (2019-2020).

 

x