Çingiz Abdullayev

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 07.04.1959

Biography

Çingiz Akif oğlu Abdullayev Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb (1976-1981). Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olub (1984-1986). Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. 1989-cu ildən Azərbaycan Yazıçılar İttifaqının katibi olub. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi alıb (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilib. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990). Əsərləri on dörd dilə tərcümə edilib və MDB ölkələrində, eləcə də ABŞ, Fransa, İsveç, Türkiyə, Bolqarıstan, İsraildə ümumi tirajı 16 milyon olan nüsxə ilə nəşr edilib. Amerikanın “The Christian Science Monitor” jurnalı onu müasir dövrün siyasi detektiv janrında yazan ən yaxşı müəlliflərindən adlandırıb.

Xarici film istehsalçılarının “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) və “Lisenziyasız xəfiyyə” (2003, rejissorlar Valeri Uzkov, Vladimir Kransnopolski / Rusiya) seriallarının ssenari müəllifidir. Hüquq elmləri doktorudur (1991). “Şöhrət” ordeni ilə təltif olunub (2009). 2014-cü ildən İnterpolun fəxri səfiridir. Xalq yazıçısıdır (2005).

 

x