Çinarə Nüsrətli

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 02.09.1991

Biography

Çinarə Nüsrətli (Çinarə Mustafayeva Kamil qızı) Mingəçevir şəhərində anadan olub. Bakı Biznes və Kooperasiya Kollecinin Vergi və vergitutma fakültəsində təhsil alıb (2013). Hazırda Bakı Biznes Universitetdə  təhsilini davam etdirir.

Bədii yaradıcılığa 2000-ci illərin əvvəlində başlayıb. Nüsrətli təxəllüsü ilə yazır. “Ümid” adlı ilk hekayəsi “Kaspi” qəzetində dərc edilib (2010). “Ulduz”, “Söz” jurnallarında, ədəbi saytlarda hekayələrilə mütəmadi çıxış edir. Türkiyə türkcəsinə və türkcədən Azərbaycan dilinə bədii tərcümələri var. Azərbaycanda ilk dəfə olaraq  Fəzlullah Nəiminin “Cavidannamə” əsərinin  giriş və birinci fəslini Osmanlı türkcəsindən ana dilimizə çevirib. Bu parça 2015-ci ildə “Azərbaycan”  jurnalında dərc olunub. Türkiyənin “Kardeş Kalemler” dərgisində şair Firuzə Məmmədlinin  şeirləri onun çevirməsində oxuculara təqdim edilib. Azərbaycan dramaturgiyasından türkcəyə çevirdiyi nümunələr Türkiyədə ekranlaşdırılıb. Eyni zamanda türkcədən dilimizə çevirdiyi bir neçə hekayəsi yerli mətbuatda dərc olunub.  Gənc Ədiblər Məktəbinin (2015), Azərbaycan Mədəniyyət Fondunun nəzdində fəaliyyət göstərən ədəbi yaradıcılıq fakültəsinn (2016) diplomlarını alıb. Prezidentin xüsusi təqaüdünə (2016), “İlin gənc yazıçısı” (2018) adına layiq görülüb. Hazırda Azərbaycan Yazıçılar Birliyində  müvəkkil vəzifəsində çalışır. Eyni zamanda 2016-cı ildən “Oscarfilm Production” şirkətində ssenarist kimi fəaliyyət göstərir. “Bir qadın” (2019-2020) serialının ssenari qrupunun rəhbəridir. Azərbaycan teleserialları tarixində təkbaşına gündəlik serial yazan ilk və tək ssenaristdir.

x