Ceyhun Şüküroğlu

rejissor

Personal Info

  • Doğum tarixi: 13.01.1973

Biography

Ceyhun Şüküroğlu (Ceyhun Cümşüdov Şükür oğlu) Şabranda (Dəvəçi) anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyorluğu fakültəsində təhsil alıb (1997-2001). Azərbaycan Dövlət Gənclər Teatrında aktyor, Azərbaycan televiziyasında və İctimai televiziyada (2006-2019) rejissor kimi çalışıb. “Sözün sehri”, “Ədəbi ensiklopediya”, “Azərbaycan klassikləri”, “Miniatürlər”, “Felyetonlar”, “Bir kəndin nağılı” verilişlərinin rejissoru olub. Vətənpərvərlik mövzusunda çəkdiyi filmlərə görə “Fədai” və “Vətən naminə” medalları ilə təltif olunub (2017). Azərbaycan Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır (2019). Hazırda Space TV-nin əməkdaşıdır.

Rejissor Ceyhun Şüküroğlu aktyor Əmirqulu Cümşüdovun qardaşıdır.

 

x