Ceyhun Dadaşov

aktyor

Personal Info

  • Doğum tarixi: 06.03.1983

Biography

Ceyhun Arif oğlu Dadaşov Sumqayıtda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru ixtisasında (2000-2004) və Teatr rejissorluğu ixtisası üzrə magistratura pilləsində təhsil alıb (2004-2006). “Dostluq” klubu dram dərnəyinin bədii rəhbəri (2000-2002) və baş rejissoru vəzifələrində çalışıb (2002-2003). Azərbaycan Dövlət Pantomim Teatrında aktyor kimi fəaliyyət göstərib (2003-2014). Teatrda rejissor kimi tamaşalara quruluş verib. 2015-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “SABAH” qruplarında pedaqoq kimi fəaliyyət göstərərək “Aktyor sənəti”, “Səhnə hərəkəti”, “Qılınc təlimi”, “Səhnə döyüşü” kimi fənnləri tədris edir. 2017-ci ildən Gənc Tamaşaçılar Teatrı (Plastik həll üzrə rejissor) və Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Teatr studiyasının rəhbəri və rejissoru, Bakı Dövlət Sirkində bədii rəhbər və janr artisti vəzifəsində çalışır. 2015-cü ildə yaratdığı müstəqil Rebus Teatrı-na rəhbərlik edir.

Aktyor Ceyhun Dadaşov aktrisa Nargilə Qəribovanın həyat yoldaşıdır.

 

 

 

 

 

x