Cavidan Novruz

aktyor

Personal Info

  • Doğum tarixi: 12.02.1987

Biography

Cavidan Ramiz oğlu Novruz (Cavidan Novruzov) Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-kino aktyorluğu fakültəsində təhsil alıb (2005-2009, Kamal Xudaverdiyevin kursu). Uşaq yaşlarından Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində rollar ifa edib. Aktyorluqla bərabər vokalla da məşğul olub. Azər Zeynalovdan təhsil alıb. İfaçı kimi Türkdilli dövlətlər arasında keçirilən “Avrasiya yıldızı” yarışmasında 2-ci yerə layiq görülüb. “Son qərar”, “Yasandı bitdi”, “Gəl gör məni eşq neylədi”, “İkimiz” adlı mahnıları bəstələyib. Xəzər TV-də “KomediXana” verilişinin aktyorudur.

Aktyor, müğənni Cavidan Novruz aktyor Ramiz Novruzun oğludur.

 

 

 

x