Cavid Əhədov

rejissor

Personal Info

  • Doğum tarixi: 05.05.1969

Biography

Cavid Fikrət oğlu Əhədov Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1984-1988), Moskvada SSRİ Dövlət Teleradiosu nəzdində F.Xitrukun animasiya kursunda (1991-1993) təhsil alıb. Yerli və beynəlxalq rəsm sərgilərinin, film festivallarının iştirakçısı olub. 1992-ci ildən “Birlik” studiyasında rəssam-animator kimi çalışır. “Köhnə saat” animasiya filminə görə “Ən yaxşı cizgi filmi” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb (2015).

Rəssam, rejissor Cavid Əhədov rəssam Fikrət Əhədovun və rəssam, rejissor Firəngiz Qurbanovanın oğludur.

Rəssam, rejissor Cavid Əhədov animasiya rəssamı Zema Əhədovanın həyat yoldaşıdır.

 

x