Camal Yusifzadə

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 19.08.1941
  • Vəfat tarixi: 16.01.2017

Biography

Camal Yusif oğlu Yusifzadə (Camal Bağırov) Lənkəranda anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. Tələbəlik illərində bədii yaradıcılığa başlayıb, ilk şeirini 1963-cü ildə Lənkəranın “Leninçi” qəzetində dərc etdirib. Əmək fəaliyyətinə Lənkəranda “Leninçi” qəzeti redaksiyasında ədəbi işçi kimi başlayıb, orta məktəbdə tarix müəllimi olub. Sonra Bakıda Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləyib (1966-1972). “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olub (1972-1990). Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olub (1991-1998). “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin baş redaktoru işləyib. “Dağlar arxasız olmur”, “İtil getlər”, “Kim dəli, kim ağıllı”, “Ölümü köynəkdən keçirən oğul”, “Sabaha ömür payı qazananlar” və s. pyesləri tamaşaya qoyulub. Camal Yusifzadə 2017-ci ildə vəfat edib, Lənkəranda dəfn olunub.

 

e

x