Cabir Novruz

şair

Personal Info

  • Doğum tarixi: 12.03.1933
  • Vəfat tarixi: 12.12.2002

Biography

Cabir Novruz (Cabir Novruzov Mirzəbəy oğlu) Xızı rayonunun Upa kəndində anadan olub. M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumda (1947-1951), Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində (1951-1952), M.Qorki adına Ədəbiyyat İnstitutunda (1952-1957) təhsil alıb. “Bakı” axşam qəzetində ədəbi işçi (1958-1964), “Azərbaycan” jurnalında şeir şöbəsinin müavini, şöbə müdiri (1964-1967), baş redaktoru (1984-1987), “Ulduz” jurnalının ilk baş redaktoru (1967-1970), “Ədəbiyyat” qəzetinin baş redaktoru (1991-1993), Yazıçılar İttifaqı idarə heyətinin katibi (1970-ci ildən), Milli Məclisin deputatı olub (1995). 1981-ci ildə Amerikada olarkən Minnepolis şəhərinin fəxri vətəndaşı seçilib. Tələbəlik illərindən yaradıcılığa başlayıb. “İlk görüş” adlı ilk şeiri 1952-ci ildə “İnqilab və mədəniyyət” jurnalında dərc olunub. Şeir və poemaları dəfələrlə xarici dillərə tərcümə olunb. Yaradıcılığında dərin lirizm, saf duyğuların tərənnümü səciyyəvi cəhətlərdir. “Mənim muğamatım”, “İnsan məhəbbəti” (1963), “İllərin ömrü” (1965), “Bizim əsr” (1968), “Adi həqiqətlər” (1969), “Həyat sən nə qəribəsən” (1971), “Taleyin töhfələri” (1972), “Bir dünyam var” (1974), “Ömür keçir karvan kimi” (1985), “Ulu dünya, heyifsən” (1987), “Anam vardı, dünyam vardı” (1989), “Vətən əbədi qoruqdur” (1992), “Özünü qoru, xalqım” (1996), “İnsanı tanımaq olmur” (2001) kitablarının müəllifidir. Əməkdar incəsənət xadimi (1978), Xalq şairi (1999) Cabir Novruz 2002-ci ildə dünyasını dəyişib.

x