Cabir İmanov

aktyor

Personal Info

  • Doğum tarixi: 22.06.1976

Biography

Cabir Qorxmaz oğlu İmanov Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunda iqtisad (1993-1997), Bakı Dövlət Universitetində hüquq üzrə (1999-2003) təhsil alıb. 1992-ci ildən “Bakılı oğlanlar” ŞHK (Şən və hazırcavablar klubu) komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci il ŞHK “Əsrin çempionu” olub. 2001-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur. Əməkdar artistdir (2015).

Aktyor Cabir İmanov aktyor, prodüser, rejissor Tahir İmanovun qardaşıdır.

 

x