Cəmil Quliyev

rejissor

Personal Info

  • Doğum tarixi: 03.07.1963

Biography

Cəmil Elşad oğlu Quliyev Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb (1980-1985, A.Alov və V.Naumovun emalatxanası). 1985-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. 1988-ci ildən M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda pedaqoji fəaliyyət göstərir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya sənəti” kafedrasının müdiri və dosenti (1998-2006), Beynəlxalq Audiovizual Festivalın direktoru (2000-2005), Azərbaycan Dövlət Film Fondunun direktoru (2007-2013), AzTV Mədəniyyət kanalının direktoru (2011-2013), İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktoru (2013-2018), Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun mudiri (2018-2019), “Azərbaycanfilm” kinostudiyasının direktoru (2019-2020) olub. Hazırda Azərbaycan Dövlət Film Fpndunun direktorudur. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibidir (2012-ci ildən). “Humay” Milli Mükafatına (1998), “Zirvə” mükafatına (2010), 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə (2018) layiq görülüb. Əməkdar incəsənət xadimi (2005), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

Rejissor Cəmil Quliyev professor Elşad Quliyevin oğludur.

 

x