Cəmil Fərəcov

rejissor

Personal Info

  • Doğum tarixi: 13.02.1946

Biography

Cəmil Əliqulu oğlu Fərəcov Bakıda anadan olub. M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakültəsində (1969), Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun televiziya rejissorluğu fakültəsində (1974) təhsil alıb. Azərbaycan televiziyasında işləyib, 1970-ci ildən “Azərbaycanfilm” kinostudiyasının sənədli filmlər birliyində rejissor kimi fəaliyyətə başlayıb. Milli kinoda çalışdığı müddət ərzində onlarla sənədli filmin, “Mozalan” satirik kino jurnalı üçün 30-dan çox bədii və sənədli süjetlərin, xronikal kino jurnallarının rejissoru olub. 1990-1995-ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü kimi fəaliyyət göstərib. Həmin illər ərzində kinostudiyada müxtəlif rəhbər vəzifələrdə çalışıb. “Yaddaş” sənədli filmlər studiyasının bədii rəhbəri və direktoru (1997-2002), Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kino İşləri Baş İdarəsinin müdiri (2002-2006), Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri vəzifələrində çalışıb (2006-2012). Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir. Əməkdar incəsənət xadimidir.

 

x