Cəlal Bərgüşad

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 22.06.1924
  • Vəfat tarixi: 09.07.1996

Biography

Cəlal Bərgüşad (Cəlal Cavadov Novruz oğlu) Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. Orta təhsilini Qubadlı fəhlə-gənclər məktəbində alıb. II dünya müharibəsində ağır yaralanaraq tərxis edilib (1943). Qubadlı rayon daxili işlər şöbəsində VAQ müdiri işləyib (1943-1946). “Cənub taydan əsən meh” adlı ilk şeiri də Qubadlıda çıxan “Avanqard” qəzetində dərc edilib (1946). Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. “Azərbaycan pioneri” qəzeti redaksiyasında ədəbi işçi təyin olunub (1951). 1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləyib. “Babək” əsəri Tehranda (1984) farsca, “Qaçaq Nəbi” İstanbulda (1979) türkcə kütləvi tirajla çap olunub. Cəlal Bərgüşad 1996-cı ildə vəfat edib.

 

x