Cəfər Cəfərov

teatrşünas

Personal Info

  • Doğum tarixi: 07.09.1914
  • Vəfat tarixi: 19.09.1973

Biography

Cəfər Haşım oğlu Cəfərov Bakıda anadan olub. Mоskvada A.Bubnov adına Pedaqоji İnstitutunda təhsil alıb (1937). Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri (1937-1938), Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin müdiri (1938-1939), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1939), Mədəniyyət nazirinin müavini işləyib. Hökumətdə müxtəlif məsul vəzifələr tutub. 1959-cu ildən ömrünün sonunadək Azərbaycan MEA Memarlıq və İncəsənət İnstitutu Teatr və kino şöbəsinin müdiri olub. Tənqidi fəaliyyətə 1930-cu ildən başlayıb. Hüseyn Ərəblinskinin, İsmayıl Hidayətzadənin, Həqiqət Rzayevanın, Mehdi Məmmədovun, Tofiq Kazımovun, Abbasmirzə Şərifzadənin, Rza Təhmasibin yaradıcılıqları barədə elmi məqalələr, monoqrafiyalar yazıb. Akademik Milli Dram Teatrının tarixini fundamental şəkildə araşdırıb və həmin mövzuda bir neçə kitab çap elətdirib. Azərbaycan və rus teatrlarının tamaşalarına resenziyalar yazıb. “Rejissor sənəti”, “Seçilmiş əsərləri”, “Azərbaycan Dram Teatrı” kitablarını, “Cavid və teatr”, “Mirzə Fətəli Axundzadənin dramaturgiyası”, “Mirzə Fətəli Axundzadə və teatr”, “Vilyam Şekspirin dramaturgiyası” elmi əsərlərini yazıb. 1934-cü ildən ali məktəblərdə dərs deyib. Əməkdar incəsənət хadimi (1972), Sənətşünaslıq dоktоru (1961), Elmlər Akademiyasının müхbir üzvü (1962) Cəfər Cəfərov 1973-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

 

x