Büllur Cavadqızı

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 06.07.1989

Biography

Büllur Cavadqızı (Büllur Məmmədova Cavad qızı) Bakı şəhərində anadan olub. Bakı şəhəri 26 saylı uşaq musiqi məktəbinin fortepiano ixtisasında (2002-2007), Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində (2007-2011) təhsil alıb. 2007-ci ildə “Tələbə press” qəzetində müxbir vəzifəsində işləməyə başlayıb. 2010-cu ildə “Büllur-studio” şirkətini təsis edib. Bu günə qədər bu studiyada 100-dən çox sənədli film hazırlanıb. 2018-ci ildə “Büllur-studio” MMC-nin adı dəyişdirilərək “Vətən TV Medai Şirkəti” qoyulub. İctimai televiziyada yayımlanan “İrsin xilası” verilişinin redaktoru və layihə rəhbəri olub (2010- 2011). 2017-ci ildən “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin təsisçisi və sədridir. 2019-cu ildən aktualtv.az saytının redaktorudur.

Ssenari müəllifi Büllur Cavadqızı rejissor Etibar Məmmədovun həyat yoldaşıdır.

 

x