Bülbül

musiqi ifaçısı

Personal Info

  • Doğum tarixi: 22.06.1897
  • Vəfat tarixi: 26.09.1961

Biography

Bülbül (Murtuza Məmmədov Məşədi Rza oğlu) Şuşa yaxınlığındaki Xanbağı kəndində anadan olub. Kiçik yaşlarından məharətli zəngulələrinə görə ona “Bülbül” adı verilib. Teatr səhnəsinə ilk çıxışı Məşədi Cəmil Əmirovun Gəncədə tamaşaya qoyulmuş “Seyfəlmülk” operası ilə bağlıdır (1916). 1920-ci ildən Birləşmiş Dövlət Teatrı opera truppasının solisti olub (1924-cü ildən teatr Azərbaycan Opera və Balet Teatrı adlanıb). Bakı Konservatoriyasında təhsil alıb (1927). Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedib. 1931-ci ildə Milan Konservatoriyasını (Delliponti və R.Qraninin sinfini) bitirib, Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılıb. Üzeyir Hacıbəyоvun “Kоrоğlu” оperasında Kоrоğlu partiyası Azərbaycan musiqili teatrı tariхində mühüm bir mərhələ təşkil edib. Azərbaycan milli vokal məktəbi ənənələrinin tədqiqi, rus və Avropa opera mədəniyyəti ilə bu ənənələrin sintezinə aid bir çox əsərin müəllifidir. Azərbaycan professional vokal məktəbinin banisi, musiqi folkloru tədqiqatçısı, professor (1940), SSRİ Xalq artisti (1938), SSRİ Dövlət mükafatı laureatı (1950), İtaliyanın Qaribaldi ordeni laureatı Bülbül 1961-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Müğənni Bülbül bəstəkar Polad Bülbüloğlunun atasıdır.

 

x