Brilliant Dadaşova

musiqi ifaçısı

Personal Info

  • Doğum tarixi: 15.09.1965

Biography

Brilliant Süleyman qızı Dadaşova Bakıda anadan olub. Musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlanıb. 1985-ci ildə Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəlib. 1986-cı ildə “Hər şey gözəldir həyatda” adlı musiqi albomu çıxıb. 1987-ci ildə sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail olub. Sovet İttifaqı dağıldıqdan sonra Rusiyada solo konserti ilə çıxış edən ilk Azərbaycan müğənnisidir. 1986-cı ildə Azərbaycan Televiziya və Radiosunun solisti olub. Space TV-də “Gözəllik dünyanı xilas edəcək” adlı verilişin aparıcısı olub (2000-2005). Əməkdar artist (1998), Xalq artistidir (2008).

 

x