Böyükağa Məmmədov (II)

xoreoqrafiya müəllifi

Personal Info

  • Doğum tarixi: 23.01.1927
  • Vəfat tarixi: 17.01.2018

Biography

Böyükağa Mirəhməd Mircəfər oğlu Məmmədov Bakıda anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Mahnı və Rəqs Ansamblında fəaliyyətə başlayıb. Qısa zaman ərzində məharətli rəqqasa çevrilib. Bir müddət sonra Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb (1955). Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olub (1946-1966). Repertuarına “naz eləmə”, “qaytağı” kimi milli rəqslərlə yanaşı, digər xalqların rəqsləri də daxil idi. 1960-cı ildən etibarən uzun müddət “Cücələrim” rəqs ansamblına rəhbərlik edib. Tələbə və gənclərin Berlin (1951), Varşava (1953) və Moskvada (1957) keçirilən Ümumdünya festivalının laureatı olub. Xalq artisti (1965), Əməkdar müəllim Böyükağa Məmmədov 2018-ci ildə vəfat edib.

x