Billurə Aslanqızı

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 21.01.1979

Biography

Billurə Aslanqızı (Billurə Aslanova Aslan qızı) Füzulidə anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bakalavr (1996-2000), magistratura (2000-2002) və aspirantura (2003-2007) təhsili alıb. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin “Xəzər”, “Gənclik” və “Səhər” redaksiyaları ilə əməkdaşlıq edib, tematik süjetlər və rubrikalar hazırlayıb (1997-2000). Samanyolu Televiziyasının Azərbaycan bürosunda çalışıb (2001-2005). Mədəniyyət xəbərləri üzrə reportyor, “Xəzərdən dünyaya” informasiya proqramının aparıcısı və prodüseri, 20-ə yaxın televiziya filminin müəllifi olub. Antenn FM (101 FM) radiosunda informasiya aparıcısı (2006), TRT Bakı bürosu ilə məsləhətçi və aparıcı olaraq əməkdaşlıq edib (2006-2007). Bakı Slavyan Universitetində və Bakı Avrasiya Universitetində radio-tv jurnalistikasının əsasları fənnini tədris edib. Xəzər Televiziyasında “Yaxşısı budur“ verilişinin redaktoru və aparıcısı, “Aynadakı mən” proqramının müəllifi və aparıcısı olub. “Əsl insan haqqında…” kitabının (2016) və “Azərbaycanda televiziya yayımının inkişaf mərhələləri” (2017) dərs vəsaitinin müəllifidir. 2018-ci ildən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı, Azərbaycan televiziyasında yayımlanan “Multikulturalizm” verilişinin aparıcısı və müəllifidir. Real TV-də yayımlanan “Real Vətən” səyahət verilişinin müəllifidir (2020). Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dərs deyr. Filologiya üzrə fəlsəfə doktorudur.

 

x