Balakişi Qasımov

prodüser

Personal Info

  • Doğum tarixi: 20.10.1978

Biography

Balakişi Ələkbər oğlu Qasımov Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisasında təhsil alıb. 2004-cü ildə “Nə? Harada? Nə zaman?” oyununun idman variantı üzrə dünya çempionu, 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə Azərbaycan çempionu, 2002-ci ildə “Breyn rinq” üzrə Azərbaycan çempionu, 1998, 2003 və 2010-cu illərdə Cənubi Qafqaz çempionu olub. “Nə? Harada? Nə zaman?” elitar klubunun oyunçusu, Azərbaycanda oyunun aparıcısı və baş prodüseri, GameTV.az Prodüser Mərkəzinin rəhbəridir. Beynəlxalq “Nə? Harada? Nə zaman?” klubları assosasiyası tərəfindən 2010-cu ildə “ilin adamı” seçilib. 2010-cu ildə “Büllur bayquş”, “Brilyant bayquş”, “Klubun ən yaxşı kapitanı” mükafatlarına layiq görülüb. 2018-ci ildən etibarən İctimai Televiziyanın baş direktorudur. “Tərəqqi” medalı ilə təltif edilib (2019).

 

x