Bağır Rəfiyev

təsvir rejissoru

Personal Info

  • Doğum tarixi: 05.04.1959

Biography

Bağır Cəbrayıl oğlu Rəfiyev Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində təhsil alıb (1981).

Xarici film istehsalçılarının “Salandar” (1994, rejissor Rafi Pitts / Fransa, Rusiya), “Qaçmağı düşünürəm” (2003, rejissor Murad İbrahimbəyov / Rusiya), “Kostya Qumankovun Paris məhəbbəti” (2004, rejissor Konstantin Odeqov / Rusiya), “Tanker Tanqo” (2006, rejissor Bəxtiyar Xudoynazarov / Rusiya), “Maço olmaq çətindir” (2008, rejissor Vyaçeslav Sorokin / Ukrayna), “Safo” (2008, rejissor Kobert Krombi / Rusiya, Ukrayna), “Desantura” (2009, rejissorlar Oleq Bazilov, Vitali Vorobyov / Rusiya), “Vəzir-Muxtarın ölümü” (II) (2009, rejissor Sergey Vinokurov / Rusiya), “İcra vərəqi” (2010, rejissor Artyom Aksenenko / Rusiya), “Moskva, mən səni sevirəm!” (2010 / Rusiya),  “Ni şəhərində qızıl balıq!” (2010 / Rusiya), “Bəyaz qu quşu” (2012, rejissor Robert Krombi / ABŞ), “Xarici müşahidə” (2012 / Rusiya), “12 ay. Yeni nağıl” (2015, rejissor Denis Yeleonski / Rusiya) filmlərinin təsvir rejissorudur. “Dağıdılmış körpülər” (1996, rejissor Rafiq Puya / ABŞ) filminin ikinci operatoru və Fuad rolunun ifaçısıdır.

Bir müddət Bakı Media Mərkəzində çalışıb.

Əməkdar incəsənət xadimidir (2018).

Təsvir rejissoru Bağır Rəfiyev təsvir rejissoru Cəbrayıl Rəfiyevin atasıdır.

 

x