Baba Vəziroğlu

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 10.01.1954

Biography

Baba Vəziroğlu (Baba Məsimov Vəzir oğlu) İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində (1972-1977), Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda (1987, nəsr şöbəsi) təhsil alıb. Orta məktəbi bitirdikdən sonra “Pravda” kolxozunda işləyib. Azərbaycan LKGİ MK RTİD qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı (1979), Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi (1979-1991), “Azərbaycan gəncləri” qəzetində müxbir, “Molla Nəsrəddin” jurnalının baş redaktoru (1989), “Yurd” jurnalında məsul katib (1993-1994), “İstedad” jurnalının baş redaktorunun müavini (1994), Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü (1991), Azərbaycan televiziyasında baş redaktor, “Mir” Dövlətlərarası Teleradio Şirkətində redaktor (1997-1998), Azərbaycan Kinematoqrafçılar İttifaqında baş redaktor (1998-2002) və İdarə Heyətinin katibi vəzifələrində çalışıb. Ədəbi fəaliyyətə “Ulduz” jurnalında (1976) çap etdirdiyi “Bir yaz axşamı”, “Mağazinçi Dadaş” hekayələri ilə başlayıb. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr edib. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. “Səhər qatarı”, “Yaddan çıxan görüş”, “Ocaq”, “Yol”, “Dünya dəyməz göz yaşına”, “İnan mənə” və s. povest, hekayə və şeir kitablarının müəllifidir. Mindən artıq şeirinə mahnı bəstələnib. İ.Karacalenin “İtirilmiş məktub” dram əsərini Azərbaycan dilinə müvəffəqiyyətlə tərcümə etdiyinə görə SSRİ Mədəniyyət Nazirliyi və Ümumrusiya Teatr Cəmiyyətinin diplomuna layiq görülüb (1983). “Humay” mükafatı laureatı (2000), Əməkdar incəsənət xadimidir (2005).

 

x