Bəxtiyar Xanızadə

aktyor

Personal Info

  • Doğum tarixi: 13.07.1957

Biography

Bəxtiyar Oqtay oğlu Xanızadə Bakının Şağan kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyoru fakültəsində (1978), Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasında (1987) təhsil alıb. Gəncə Dövlət Dram Teatrında (1978), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Tədris Teatrında (1981-1982), “Azərbaycanfilm” kinostudiyasında (1982-1983) aktyor, Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim (1983) işləyib. “Səhnə hərəkəti və xoreoqrafiya sənəti” kafedrasının dosenti adı verilib (1994). Dərs dediyi bir qrup tələbələrlə 1994-cü ildə “Dəli yığıncağı” adlı ilk Pantomim Teatr Studiyasını yaradıb. 2000-ci ildə “Dəli yığıncağı” Pantomim Teatr-Studiyasına dövlət statusu verilib. Həmin vaxtdan teatrın bədii rəhbəri və direktoru, 2006-cı ildən bədii rəhbər vəzifəsində işləyir. “Aktyorun plastik mədəniyyətinin tərbiyəsində UŞU – əlbəyaxa döyüş növünün əhəmiyyəti” (1991), “Budda rahiblərinin 18 döyüş üsuluna dair metodik və praktiki çalışmalar” (1992), “Aktyorun plastik tərbiyəsində məkan və zaman baxımından hərəkət dəqiqliyinin əhəmiyyəti” (1993) adlı elmi əsərlərin, “Bayraqdarlar”, “Kvaksafon”, “Samurayın ölümü”, “Eşq”, “Zibillik pərvanələri”, “Kölgə” adlı ilk Azərbaycan pantomim pyeslərinin müəllifidir. Dövlət Pantomim Teatrında bir çox tamaşaların rejissoru olub. Əməkdar incəsənət xadimi (2000), Xalq artistidir (2013).

 

x