Bəxtiyar Qaraca

ssenari müəllifi

Personal Info

  • Doğum günü: 27.03.1957

Biography

Bəxtiyar Qaraca (Bəxtiyar Balakişiyev Qaraca oğlu) Xocavənd raayonunun Əmiralılar kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub (1976), M.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsilini davam etdirib (1979-1982).

Dövlətnəşrkomda redaktor (1982-1989), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, şöbə müdiri, baş redaktor (1989-2006), “Azərbaycan” qəzetində şöbə müdiri (2010-2016), Mədəniyyət TV kanalının direktor müavini (2016-2017) vəzifələrində çalışıb. 2019-cu ildən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də Müəllif proqramları və xüsusi layihələr departamentinin rəhbəridir.

“Meteor yağışları”, “Yerlə göy arasında”, “İstiqlal düşüncələri” kitablarının, çoxsaylı məqalələrin, bədii və sənədli filmlərin müəllifidir.

Ali Media Mükafatına, “Tərəqqi” medalına (2010) layiiq görülüb. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 6 il müddətinə MTRŞ-ə üzv təyin olunub.

 

x