Bəsti Cəfərova

aktrisa

Personal Info

  • Doğum tarixi: 13.06.1959

Biography

Bəsti Əli qızı Cəfərova Bakıda anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1976-1980, Adil İsgəndərovun kursu). Tələbəlik dövründə Tofiq Kazımovun dəvətilə Akademik Milli Dram Teatrında Əkrəm Əylislinin “Quşu uçan budaqlar” psixoloji dramında Səltənət rolunu ifa edib. Məzun olduqdan sonra təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Akademik teatrda işlədiyi müddətdə Vaqif İbrahimoğlunun Tədris Teatrında, “Yuğ” Dövlət Teatrında da rollar oynayıb. Cəfər Cabbarlı mükafatına layiq görülüb (2019). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur (2013). Əməkdar artist (1989), Xalq artisti (1998), prezident mükafatçısıdır.

Aktrisa Bəsti Cəfərova rejissor, aktrisa Fidan Cəfərovanın anasıdır.

 

x