Bənövşə Məmmədova

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 21.03.1973

Biography

Bənövşə Xudaverdi qızı Məmmədova Naxçıvanda anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika ixtisasında təhsil alıb (1990-1996). Azərbaycan Dövlət Televiziyasında kiçik redaktor olaraq fəaliyyətə başlayıb (1993). “Həftə” proqramında mədəniyyət blokunun müəllifi, “İncəsənət” bədii-informasiya proqramında (1995-2000) və “Gözəllik” fəlsəfi-psixoloji verilişdə (2000-2005) müəllif və aparıcı olaraq çalışıb. 2005-ci ildən İTV-nin redaktorudur. Tanınmış sənət adamlarının həyat və sənət fəlsəfəsindən bəhs edən “Gözəllik” (2005-2007), “Rənglərin simfoniyası” (2010-2011), Azərbaycan və Avropa bəstəkarlarının həyat və yaradıcılıqları haqqında “Klassik musiqi” (2015-2018), YUNESKO-ya daxil olan qeyri-maddi mədəni irs haqqında “Miras” (2019) sənədli filmlər silsiləsinin müəllifidir.

 

x