Bəhram Bağırzadə

aktyor

Personal Info

  • Doğum tarixi: 04.09.1972

Biography

Bəhram Arif oğlu Bağırzadə (Bəhram Bağırov) Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1989-1994). 1991-ci ildən “Bakılı oğlanlar” ŞHK-nin üzvüdür. Bu komanda 1992-ci və 1993-cü illərdə çempion, 1995-ci ildə keçirilən yay kubokunun qalibi və 2000-ci ildə “Əsrin çempionu” olub. 1992-ci ildən karikatura çəkir, karikaturaları “Kirpi” satirik jurnalında çap olunub. Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır, fərdi sərgiləri açılıb. 2004-cü ildən “Qalareya” jurnalının naşiridir. 2006-cı ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur. “Qorod” jurnalının naşiridir. Kitabları nəşr olunub.

Xarici film istehsalçılarının “Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serialında taksi sürücüsü İbrahim-Mersedes rolunda, “Bremen musiqiçiləri” (2000, rejissor Aleksandr Abdulov / Rusiya) filmində, “Kilimancara” (2018, rejissor Katerina Teleqina / Rusiya) filmində çəkilib.

Kitab nominasıyasında “Humay” milli mükafatına layiq görülüb (2012). Əməkdar artistdir (2015).

 

 

 

 

x