Bədurə Əfqanlı

rəssam

Personal Info

  • Doğum tarixi: 25.10.1912
  • Vəfat tarixi: 06.05.2002

Biography

Bədurə Məlik qızı Əfqanlı (Bədurə Ağamalova) Bakıda anadan olub. Bakı Pedoqoji Texnikumunda (1929), Bakı Rəssamlıq Məktəbinin qrafika şöbəsində (1931) təhsil alıb. Aşqabad Dövlət Azərbaycan Musiqili Dram Teatrında quruluşçu rəssam (1934-1935), Azərbaycan Dövlət Dram Teatrında tərtibatçı və geyim üzrə rəssam (1938-1960), 1960-cı ildən “Azərbaycanfilm” kinostudiyasında geyim üzrə rəssam işləyib. Azərbaycan Dövlət Rus Dram Teatrının tamaşaları, opera, rəqs ansamblı və bədii özfəaliyyət kollektivləri üçün geyim eskizləri çəkib. Bir çox əsəri Azərbaycan Dövlət Teatr Muzeyi və A.Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində saxlanılır. İlk azərbaycanlı qadın teatr rəssamlarından biridir. Əməkdar incəsənət xadimi (1949), Xalq rəssamı (1974) Bədurə Əfqanlı 2002-ci ildə vəfat edib.

Rəssam Bədurə Əfqanlı aktyor Rza Əfqanlının həyat yoldaşıdır.

Rəssam Bədurə Əfqanlı aktrisa Ofeliya Aslanın anasıdır.

 

x