Azərin

musiqi ifaçısı, aktrisa

Personal Info

  • Doğum tarixi: 09.05.1971

Biography

Azərin (Anaxanım Tağıyeva Etibar qızı) Bakıda anadan olub. Bakı Musiqi Akademiyasının vokal kursunda təhsil alıb (1990-1995). Musiqiyə həvəs onda kiçik yaşlardan başlayıb. 5 yaşında onu Azərbaycan Dövlət Radiosunda uşaq verilişində oxumaq üçün dəvət ediblər. 9 il “Cücələrim” ansamblında çıxış edib. Orta məktəbdə ikən Moskvada Ümumdünya 12-ci Gənclər Festivalında (1985), Gürcüstanda Gənc İfaçıların Musiqi Müsabiqəsində (1986) laureat olub. Məktəbdə oxuduğu son illərdə isə Əfsər Cavanşirovun “Bənövşə” xorunun tərkibində çıxış edib. Bakıda keçirilən “Odlar Yurdu” müsabiqəsində laureat olub (1990). İlk albomu 2001-ci ildə işıq üzü görüb.

1994-cü ildə Türkiyəyə gedib (Antalya) və orada 7 il dərs keçib, müxtəlif musiqi səhnə və meydanlarında çıxış edib. TRT AVAZ televiziyasında aparıcılıq edib. Hazırda Türkiyədə yaşayır.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestr ifaçısı, Azərbaycan Silahlı Qüvvələrinin kapitanıdır.

Əməkdar artist (2006), Xalq artistidir (2015).

 

x