Azər Turan

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 16.09.1963

Biography

Azər Turan (Azər Əbilov İmamverdi oğlu / Azər Əbilbəyli) Neftçalada anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb (1984). Neftçala İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. “Yeni Azərbaycan” qəzetində humanitar şöbənin müdiri, “Ədəbiyyat” əlavəsinin məsul redaktoru (2001-2003), “Ədəbiyyat qəzeti”ndə baş redaktorun müavini (2004), baş redaktor əvəzi (2014) olub. 2015-ci ildən “Ədəbiyyat qəzeti”nin baş redaktorudur.

Yaradıcılığa 1980-ci illərin əvvəllərində başlayıb. İlk yazıları “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub. 40-dan artıq kitabı nəşr olunub. Əli bəy Hüseynzadə və Hüseyn Cavid irsinin tədqiqatçısı kimi tanınır. “Hüseyn Cavid yaradıcılığının ədəbi-fəlsəfi qaynaqları” mövzusunda dissertasiya müdafiə edib, filologiya üzrə fəlsəfə doktorudur (2010).

Azərbaycan Universitetinin Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yazıçılar Birliyi ilə birgə təsis etdiyi “Hüseyn Cavid” (2000), Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” (2015) mükafatlarının laureatıdır. Əməkdar mədəniyyət işçisidir (2005).

 

 

x