Azər Dadaşov

bəstəkar

Personal Info

  • Doğum tarixi: 01.12.1946

Biography

Azər İsmayıl oğlu Dadaşov Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində təhsil alıb (1971, Qara Qarayevin sinfi). 14 simfoniya, 20 kantata və oda, “Kiçik Mukun sərgüzəştləri” uşaq operası, “Şərq freskası” balet miniatürü, piano ücün 3 Konsert, fleyta, viola üçün Konsertlər, kamera, nəfəs alətləri, xalq çalğı alətləri orkestrləri üçün süitalar, çox sayda kamera-instrumental və xor əsərləri, 20-dən artıq filmə musiqi, mahnılar bəstələyib. Həmçinin Milli Paraolimpiya Himnin müəllifidir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorudur (2009). “Humay” mükafatçısı (2001), Əməkdar incəsənət xadimi (2005), Xalq artistidir (2018).

 

x