Azər Aydəmir

aktyor, ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 24.07.1986

Biography

Azər Rauf oğlu Aydəmir Bakıda anadan olub. Əsli Xızıdandır. Atası yüz il əvvəl Altıağaca köçən malakan sülaləsindəndir. Ata nənəsi rus, anası isə dağlıdır.

Xəzər Universitetinin Tarixşünaslıq ixtisasında təhsil alıb. Məktəb illərində məktəbin KVN komandasının kapitanı olub.

“Azərbaycan yolları”, “Zirvə yolu”, “Revanş” qəzetlərində müxbir, “Caspian Energy” jurnalında müxbir və reklam meneceri kimi fəaliyyət göstərib. Bir sıra avtomobil şirkətlərində PR və marketinq meneceri vəzifəsində çalışıb. 2008-ci ildə “Zirvə motors” (İsuzu) şirkətinin direktoru işləyib. 2005-ci ildən 2014-ci ilə kimi paralel olaraq restoran və otelcilik fəaliyyəti ilə məşğul olub. “Z CLUB” karaoke klubunun əsasını qoyub. Tədbir təşkilatçısı kimi fəaliyyət göstərib. 2009-cu ildən etibarən aktyorluq fəaliyyətinə başlayıb. Reklam, klip və qısametrajlı filmlərdə çəkilib, model biznesi ilə məşğuldur. 2019-cu ildən “Azercell”in rəsmi səsidir. 2019-cu ildən İctimai televiziyada aparıcılıq edir, həm də kanalın rəsmi səsidir. Hazırda həm də ssenari müəllifliyi ilə də məşğuldur.

 

x