Aygün Bəylər

musiqi ifaçısı

Personal Info

  • Doğum tarixi: 22.08.1975

Biography

Aygün Bəylər (Aygün Hümbətova) Bakıda anadan olub. Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfində, Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsində (1998), Bakı Musiqi Akademiyasının simfonik dirijorluq və bəstəkarlıq fakültəsində (2012) təhsil alıb. 1988-ci ildə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında çalışıb. 1995-ci ildə Şövkət Ələkbərova adına musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb. Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında birinci mükafata layiq görülüb (2005). Əməkdar artistdir (2002).

 

x